Środa, 04.12.2024, 22:11
   ARMIA  ŻYCIA         АРМИЯ  ЖИЗНИ         LIFE  ARMY
Główna | | Rejestracja | Wejdź
«  Październik 2013  »
PnWtŚrCzwPtSobNie
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Главная » 2013 » Październik » 30 » Rəcəb Ərdoğan öz qurduğu tələyə düşüb
Rəcəb Ərdoğan öz qurduğu tələyə düşüb
03:12
(«Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı» - çox klassik məsəldir)

R.T. Ərdoğan hakimiyyətini dünyəvi Türkiyəni islamlaşmaya aparan xəyali Ədalət və İnkişaf Partiyasına yaxın olan insanların şüurunu çevirməkdə xeyli uğurlar qazanıb. Artıq 10 ildir ki öz ölkələrini – Atatürk Türkiyəsini sevən vətəndaşların ictimai şüurunu, vaxtıkən Türkiyənin baş naziri olan Nəcməddin Ərbakanın başçılıq etdiyi «Rifah» partiyasının qarşıya qoyduğu antiatatürk elementləri ilə zahərləyirlər.
Partiyanın adının dəyişdirilməsi öz mənfi rolunu oynadı: bu, Türkiyə cəmiyyətində ədalətli əlaqələrin bərqərar olunması barədə seçkiqabağı vədlərə inanmış adi, sadə vətəndaşları öz tərəflərinə çəkmək imkanı verdi. Lakin çox təəssüf ki, təcrübədə bütün bu yalançı şüarlar və vədlər təkhakimiyyətlilik arzusunda olan R.T.Ərdoğanın siyasətindən kənarda qaldı. Üstəlik də, onların yerinə xalqa və dövlətçiliyə zərbə vuran Ərdoğan "dəyərləri” önə çəkildi.
Öz qibləgahı, Türkiyənin islamlaşmasının qəti tərəfdaşı, «Rifah» partiyasının keçmiş baş katibi Nəcməddin Ərbakanın baş nazir vəzifəsindən istefaya göndərilməsini həzm etməyən R.T.Ərdoğanın qisas fikri onun üçün vacib məqsədə çevrildi. O, hər zaman cəmiyyətdən gizli yerdə, özünün şüur altında yaşayıb və az qala Türkiyənin dünyəvi sistemini sona yetirəcək bir vəziyyətə gətirib çıxartdı. Xalq ilk zərbəni hələ Parlamentin keçmiş çağırışında aldı. Xatırladaq ki, İstambul şəhərinin büdcəsindən oğurluğa görə, həbsə məhkum olunmuş R.T.Ərdoğanın Parlamentə yolu bağlı idi. Lakin xalqın, konstitusiya məhkəməsinin və Türkiyə dövlətçiliyinə zəmin olan hərbi qüvvələrin gözü qarşısına qanuna zidd olan addımlar ataraq – Ədalət və İnkişaf partiyasının nümayəndələrinin çoxluq təşkil etdiyi yeni parlament tərəfindən məhkəmə qərarı ləğv edildi, məhkumluq üzərindən götürüldü. Təzə peyda olan deputatlardan biri istefa verdi və Ərdoğan onun yerinə seçildi. Hakimiyyət tərəfdarlarının parlamentdə çoxluğunun atdığı bu addımlar sözsüz ki, Türkiyədə demokratiyanın sonunun başlanğıcı oldu. Sonrakı islahatlar: Konstitusiya məhkəməsinin səlahiyyətlərinin sıfıra endirilməsi, hərbi çevrilişə hazırlıq kimi uydurulmuş ittihamla hərbi rəhbərliyə kütləvi hücum (arasında bir çox generallar da olan təxminən 250 hərbiçinin həbsi) – bunların hamısı birlikdə Türkiyə demokratik dünyəvi dövləti üçün ciddi zərbə idi. Bu gün Türkiyədə 49 jurnalist həbsxanada saxlanılır. Bu, dünya rekordudur! Türkiyədə son illərdə diktaturanın hökm sürməsini sübut edən bir çox faktları sadalamaq olar. Lakin, dediyimiz də kifayətdir.
Kürdüstan fəhlə partiyasına qarşı müharibənin başlanması dəqiq və vaxtında hesablanan bir tədbir idi. Məqsəd – Kürd döyüşçülərinin üzərində qələbə deyil, hərbiçilərin nüfuzunun endirilməsi olmuşdur. Hər kəs yaxşı bilri ki, hətta bir əsgərin ölümü Türk xalqının faciəsi kimi qəbul olunurdu. Orduda xidmət – Atatürkün 1923-cü ildə yaratdığı və nə vaxtsa gücdü olan hərbi sistemindən söhbət gedir. Hərbi mükəlləfiyyət Türkiyənin hər bir vətəndaşının müqəddəs borcudur. Lakin, təxminən 10 il ərzində sülh şəraitində minlərlə türk əsgəri həlak olmuşdur. Bu gün, hətta 10-15 əsgərin ölümü artıq sadə bir hadisə sayılır və bu, əlbəttə ki, dünyəvi dövlətin zamini sayılan hərbiçilərin nüfuzuna olduqca ciddi zərbə vuran bir amildir. Türkiyənin siyasi quruluşunu müəyyənləşdirən, laisizm (dünyəvilik) prinsipləri indi ciddi basqı altındadır.
Bütün bunların nəticəsində, Ərdoğanın fikrinə və amalına görə, islamlaşmaya yol açılmışdır. Bu nöqteyi nəzərdən o, məntiqcə haqlı idi. Hərbi rəhbərlik yeni ideyaya tabeçilik nümayiş etdirdi və əvəzində payını da aldı. Beləliklə, cüzi səy nəticəsində mütləq hakimiyyətçiliyə doğru ən mühüm addım atmağa imkan yaratmış oldu. Konstitusiya məhkəməsi və hərbi rəhbərlik neytrallaşdırdı. Bu, son qələbə, Atatürkün vəsiyyətinin tez bir zamanda dəfninə ümid verdi. Bu, bir növ reallığa çevrildi. Türk Respublikasının təməl əsaslarını qorumağa kimsə olmadı. Siyasi partiyalar güc vasitəsilə, KİV-lərin köməyi ilə bir küncə qısılıblar, konstitusiya mühakiməsi indi ölkəni iki düşmən düşərgəyə bölmüş hakim partiyanın maraqlarına xidmət edir. Bu, hakim partiyanın əlində ciddi silaha çevrilib. Nəhayət, qonşu Liviya və Suriyaya qarşı olduqca soyuq və hətta düşmən münasibət, Suriya ərazisində qatil radikal islamçı adlandırılan döyüşçülərin silahlandırılması və onlara yardım hakimiyyətin ayaqları altındakı torpağın sürüşməsinə gətirdi.
Türkiyəni və onun daxilindəki dünyəvi siyasi sistemi qaçılmaz ölümdən qurtarmaq üçün ümidsizliyə düçar və fədakarlığa hazır olan türk milləti qalxdı. Onun səbir kisəsi artıq dolub və vətəndaşlar dünyəviliyin yeddi prinsipinə əsaslanan dövlətçiliyin imicindən ləkəni silmək və Türkiyədə Atatürkçülüyü aradan qaldırmaq istəyən indiki siyasi hakimiyyətindən qurtulmaq üçün ayağa qalxmalı oldu.
Bu, heç nəyə yaramayan prezident və intiqamçı baş nazirin əlində islam dini güclü dəyənək oldu ki, həmin dəyənəklə də xalqa, demokratik dəyərlərə, mili ideologiyaya olduqca bərk zərbələr endirildi.
İslamda millət anlayışı yoxdur, bu din özündə ümumbəşəri dəyərlərin elementlərini cəmləşdirir. İslam millətçiliyi inkar edir. Bu anlayış islamçılığa ziddir. Türkiyə isə artıq 90 ildir ki, türkçülük-turanizm bazasının üzərində dayanır. Bununla belə islama və onun verdiyi dəyərlərə hücumlar olmayıb, islam təhlükə altına alınmayıb. Məlum oldu ki, "pozitiv” millətçiliyin sonu Türkiyəni aqressiv islamçıların xidmətinə gətirəcək. Qonşu Suriyada buna cəhdlər ciddi və təhlükəlidir. Axı Ərdoğan Suriyada hökümət qüvvələrinə qarşı amansız müharibə aparan yaraqlı radikal ekstremist islamçıları dəstəkləyir və Suriya xalqının faciəsinini nəzərə almadan, Bəşər Əsəddən prezident vəzifəsini tərk etməyini tələb edir və bununla da siyasət və diplomatiya, dostluq və mənəviyyatın bütün qaydalarını pozmuş olur. (Bu günlərdə Suriyanın vitse-prezidenti ona məsləhət görüb ki, Qətərdə siyasi sığınacaq axtarsın və Türkiyənin baş naziri vəzifəsini azad etsin. Amma bu, artıq cavab intiqamıdır).
Radikal islamçi döyüşçülərini «Suriya azadlıq ordusu» adlandıraraq, o, hamının yaxşı anladığı islamdan uzaq olan Səudiyyə Ərəbistanı və Qərb tərəfindən zombiləşdirilmiş Qətər tərəfindən maliyyələşdirilən doyüşçülər sırasından hakimiyyət strukturlarını formalaşdırılmasını təklif edir. Mühacirətdə hökümət yaratmaq ideyasını reallaşdırmağa çalışır. Nəticədə, döyüşçülərin əllərinə ölüm silahına çevrilmiş neft dollarları düşür. ABŞ və Avropa Birliyi ölkələrinin Suriyadakı hakimiyyəti qeyri-demokratik yollarla güc və silahlı qarşıdurma yaratmaqla dəyişmək arzusu Ərdoğanın ürəyicə oldu. ABŞ-a lazım olduğunu hiss edərək, o özünü az qala «islam dünyasının sultanı» elan etməyə tələsdi.
O artıq antihökümət nümayişlərinin iştirakçılarını "ekstremist, talançı” və radikal yönümlü "tör-töküntü” adlandırır. Belə hallarda müdrik bir kəlam yada düşür: «Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı!» Bu hərəkət, qəribə və heç bir sağlam məntiqə uyğun deyil. Ətrafdakı bütün ölkələrdə hökümət əleyhinə çıxanlar, R.T.Ərdoğan üçün üsyançılar adlanır, burada isə "ekstremist”, "narkoman” elementlər kimi qələmə verilir.
Ərdoğanın düşündüyünə görə, islamlaşdırılma onun «Türkiyənin sultanlaşdırılması» barəsində arzusunu reallaşdırmağa gətirə biləcək bir yoldur. Tarix təsdiq edir ki, yalnız dardüşüncəli, zəif intellektə malik olan insanlar özlərinə böyük arzularla təsəlli verirlər. Zavallılar… həyata keçirə bilməsələr də, heç olmasa bunu arzulayırlar! Pis vərdişdir! Lakin unutmayaq ki, dahilikdən kütlüyə yalnız bir addım var!
Osmanlı imperiyasının bütün sultanları kiçik istisnalarla, dözümlülük və tolerantlıq şəraitinin yaradılmasına can atırdılar, təbəələrin arasında isə tək türklər deyil, eləcə də digər xalqların nümayəndələri də var idi, o cümlədən də yəhudilik və xristianlıq dininə etiqad edənlər.
Osmanlı imperiyasının real sonu 1923-cü ildə baş verib. O zaman Atatürk və onun tərəfdaşları tərəfindən yenicə yaradılan və dinin dövlətdən ayrılması şərtilə, dünyəvi dövlət ideologiyası olmadan reallaşdırıla bilməyən Türkiyyənin mövcudluğu mümkün deyildi. O çətin zaman kəsiyində Türk Respublikasının özəyini güclə qoruyub saxlaya biliblər. Atatürkün dünyəvilik prinsipləri hazırkı Türkiyə xalqlarını xilas etdi. O, müsəlman ölkələri arasında bir növ yaşıl adaya çevrildi.
Faciəvi keçmişə qayıdış Atatürkçülüyün dahi ideyalarına əks getmək Türkiyəni onilliklərlə geriyə ata bilər. K.Atatürkün dinin dövlətdən ayrılması barədə dekretini rədd edərək, Ərdoğan Türkiyəni Ərəbistan yarımadasının monarxları və şeyxlərinin başçılıq etdiyi nəhənd islam dünyasını özünə tabe etmək prosesinə qoşmaq istəyir. Bu monarxiyalar və səltənətlərdə xalqların azadlıq və müstəqil düşünmə hüquqları da yoxdur. Bunun əksini düşünənlər həmin ölkələrdə hökm sürən islam qaydalarının nə qədər sərt olduğunu bilmirlər. Bir ölkədə ki, xüsusi Ali cəllad idarəsi rəsmən fəaliyyət göstərirsə və cəlladlar nəsli təlim keçirsə, ildə yüzlərlə insanların başı bədənindən ayrılırsa, bunu necə islama calamaq olar? Söhbət Səudiyyə Ərəbistandan gedir.
Lakin islamın bu əməllərə, günahlara aidiyyəti yoxdur. Şeyxlərin islama olan "məhəbbətini” və "dinpərəstlikllərini” mən qeyri-səmimi və islam prinsiplərinə uyğun olmayan hesab edirəm. Bir nümunə: Quranda sələmçilik qadağa olunub. Lakin ərəb şeyxlərinin milliardları və cəvahirəti qərb banklarındadılar və onlara böyük faiz formasında gəlirlər gətirirlər. Ona görə onların olduqca insanpərvər din olan islama münasibətlərinin şəxsi mənfəətli səbəbləri var. Hər şeyi həm Allahdan, həm də öz vətəndaşlarından dini çətir altında gizlənib, yer üzündə Allahın nümayəndəsi vəzifəsini tələb edənlər öz faciəvi sonluqlarını indi anlamalıdırlar.
Bəs onda Ərdoğan kimləri özünə nümunə görür? Hər şey gün kimi aydındır!
Dövlət idarəçiliyində dinin tətbiqində bircə dənə də uğurlu nümunə yoxdur. İslam bunun üçün yalnız ümumi prinsipləri müəyyənləşdirib və hər bir hərəkəti ədalətə bağlayıb. Bu gün biz ən irgənc ədalətsizliyin şahidləriyik.
Bu, belə deyilsə, onda ətrafa nəzər salın, əgər siz müsbət və düzgün bir yol görsəniz, onda bizə də islam dininin ədalət qaydalarına uyğun firavan, əminamanlıq, inkişaf etmiş dövlətlərindən birini göstərin.
Ona görə də Ərdoğanın hərəkəti, onun aqressiv dinpərəstliyi hakimiyyətin ələ alınması üçün bəsit qaydada seçilmiş bir pərdədir. Mən bu barədə hələ 2003- cü ildə demişəm, lakin düşünürdüm və çox arzulayırdım ki, Türkiyədə bu baş verməsin. O, onsuz da inkişaf etmiş ölkələrin siyahısında yüksək yerdə deyil. Türkiyənin nə Avropada, nə də Asiyada samballı, xoşa gələn, şərəf gətirən yeri və rolu artıq yoxdur. Güclü Türkiyədən demək olar ki, xırda elementlər qalıb.
Türkiyənin indiki ağlamalı siyasi vəziyyəti ilk növbədə ABŞ, Qərbə, Rusiya və İrana sərf edir, çünki onlara bu geopolitik mühitdə qüvvətli Türkiyə lazım deyil. Uzaq keçmişdə baş verən təkcə bir faktı sizə xatırladım. Səfəvilər və Osmanlı imperiyaları aralarındakı müharibənin deyilən səbəbləri formal xarakter daşıyıb. Səfəvilər şiə, osmanlı soltanları isə sünni idilər. Lakin din onlar üçün yalnız islam dünyasında hökmranlıq uğurunda mübarizədə bir növ «pərdə» rolunu oynayıb. O zaman müsəlmanların qanı su yerinə axırdı! Bunun necə bitdiyini hamı bilir: 1736-cı ildə Səfəvi, 1923-cü ildə isə Osmanlı imperiyası çökdü.
Dini əllərində bayraq edənlərin yadına başqa bir mühüm məqamı salmaq istəyirəm: Şah İsmayıl Xətainin (1501-1524) osmanlılarla apardığı müharibənin faciələrlə qurtarmasına həsr olunmuş dua zamanı Roma papası demişdir: «Tanrı şah İsmayılı bizə mükafat olaraq göndərib!» Türkiyənin indiki hakimiyyətinə bu həqiqət aydındır. Bəs görəsən, Ərdoğanın hakimiyyəti kimin üçün mükafat olacaq? Əlbəttə, bu, Türkiyə deyil!
Bütün bunlar mənim şəxsi fikrim və müşahidələrimdir. Mən Türkiyədə siyasi rejimin dünyəviliyi naminə mübarizə aparan və Atatürkün bizim üçün yaxın olan dünyəvi Türkiyəni dirçəltməyə can atanların tərəfindəyəm.rkiy
Просмотров: 726 | Добавил: lesnoy | Рейтинг: 4.7/3 |
Всего комментариев: 0
Imię *:
Email *:
Kod *:

Меню сайта
Наш опрос
Оцените мой сайт
Suma odpowiedzi: 15
Статистика

Ogółem online: 1
Gości: 1
Użytkowników: 0
Форма входа
Поиск
Архив записей
Przyjaciele witryny
  • АРМИЯ ЖИЗНИ (ROS)
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024
    Stwórz bezpłatną stronę www za pomocą uCoz